Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev: Birləşmiş Ştatlarla bizim çox geniş və mühüm ikitərəfli gündəliyimiz var

İlham Əliyev: Birləşmiş Ştatlarla bizim çox geniş və mühüm ikitərəfli gündəliyimiz var

Tarix: 4 May 2023 01:48

Birləşmiş Ştatlarla bizim çox geniş və mühüm ikitərəfli gündəliyimiz var.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda keçirilən konfransda çıxışında deyib.

Enerji təhlükəsizliyi məsələlərinə gəldikdə, Birləşmiş Ştatların enerji təchizatı marşrutlarının şaxələndirilməsində bu gün pan-Avropanın qaz təchizatçısı olan Azərbaycanı hər zaman dəstəklədiyini bildirən dövlətimizin başçısı qeyd edib: "Həmin illəri yaxşı xatırlayıram, çünki 1990-cı illərdə mən SOCAR-da işləyirdim və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin həyata keçirilməsində ABŞ-ın dəstəyinin nə dərəcədə vacib olduğunu çox yaxşı bilirəm. Həmin boru kəmərinə qarşı çıxan şəxslər də az deyildi".


Etiketlər:  İlham Əliyev Birləşmiş Ştatlarla bizim çox geniş mühüm ikitərəfli gündəliyimiz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ