Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“WhatsApp”dan yenilik - FOTO

“WhatsApp”dan yenilik - FOTO

Tarix: 4 May 2023 04:04

"WhatsApp" mesenceri "Windows" əməliyyat sistemi üçün 2.2316.2.0 versiyasında yeni funksiyanı işə salır. Belə ki, artıq çatdan kənarda səsli mesajları dinləmək mümkün olacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yenilikdən "Windows" üçün "WhatsApp"ın cari beta versiyasını "Microsoft" mağazasından yükləyən bütün istifadəçilər yararlana bilər.

"Bu, xüsusən də uzun səsli mesajı dinlənilən zaman çox rahat və faydalıdır. Artıq səsi dinləyərkən digər çatlarda ünsiyyətini davam etdirmək imkanı var", - deyə müəlliflər vurğulayıblar.

Funksiya hələlik mesencerin beta versiyasında görünür. Bununla belə tərtibatçılar əlavənin stabil versiyasının bəzi sahibləri üçün əlçatan ola biləcəyini istisna etmirlər.

Xatırladaq ki, bundan əvvəl "WhatsApp" mesenceri "Windows" istifadəçiləri üçün bir audiozəngdə 32 nəfərə qədər, videoçatda isə 8 nəfərə qədər insanın iştirak edə biləcəyi yenilik təqdim etmişdi.

Milli.Az


Etiketlər:  WhatsAppdan yenilik FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ