Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kadırov: Kreml cərrah dəqiqliyi ilə cavab verəcək!

Kadırov: Kreml cərrah dəqiqliyi ilə cavab verəcək!

Tarix: 5 May 2023 13:24

Kremlə edilən PUA hücumunun təşkilatçılarına cavab verəcəyik. Lakin cavab hücumu bu gün, ya da sabah olmayacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Çeçenistanın rəhbəri Ramzan Kadırov deyib.

"Dron hücumu təxribat idi, yəni daha kütləvi cavablar üçün məcburiyyət idi. Məsələn, Ukrayna şəhərlərinin kütləvi bombalanmasına səbəb olmalı idi. Bu iyrənc təxribata boyun əyməyən Rusiya Prezidenti Vladimir Putinin təmkin və müdrikliyinə heyranam. Hücumda iştirak edənlər ədalətli, layiqli cəza alacaqlar, lakin bunun üçün hələ tezdir, çünki bu gün dünya birliyinin ədaləti dəfn edilib.

Təxribat xüsusi hərbi əməliyyatın planlaşdırılan kursunun ssenarisini dəyişməməlidir və dəyişməyəcək. Bəli, bu, prezidentə, yəni dövlətə və nəticədə Rusiyanın bütün xalqına qarşı hücum idi. Amma bu bizim düşünülmüş planlarımıza və maraqlarımıza təsir etməməlidir. Təbii ki, qisas da olacaq. Həm də cərrahi və zərgərlik dəqiqliyi olacaq", - o bildirib.

Milli.Az


Etiketlər:  Kadırov Kreml cərrah dəqiqliyi ilə cavab verəcək


RƏYLƏR