Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Necə edək ki, ölüm kağızını problemsiz alaq?

Necə edək ki, ölüm kağızını problemsiz alaq?

Tarix: 5 May 2023 16:48

Son vaxtlar ölüm haqqında tibbi şəhadətnamənin alınması zamanı problemlərlə üzləşənlərin sayı artıb. Yaxınını itirənlər həmin vəziyyətdə bir də bu kağızı almaqda çətinliklərlə üzləşirlər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məsələyə Bakı Baş Səhiyyə Mərkəzinin İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri Elnur Hidayətoğlu münasibət bildirib.

O, ölüm kağızının alınması ilə bağlı həm sosial şəbəbəkələrdən, həm də zənglərlə çoxsaylı suallar aldığını bildirib: "Vətəndaşın ölüm hadisəsi xəstəxanada baş verərsə, ölüm haqqında tibbi şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən onun yaxın ailə üzvünə təqdim olunur. Əgər ölüm hadisəsi evdə baş verərsə, Təcili və Təxirəsalınmaz Tibbi Yardım çağırılmalı, TTTY həkimi tərəfindən ölüm hadisəsinin təsdiqi barədə "xəbərdarlıq vərəqəsi" doldurulmalı və ərazi üzrə hüquq-mühafizə orqanlarına məlumat verilməlidir. Həmin "xəbərdarlıq vərəqəsi" vətəndaşın qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsinə təqdim edilir. Əgər ölümün səbəbi məlumdursa, həmin tibb müəssisəsi tərəfindən tibbi sənədlərə əsasən ölüm haqqında tibbi şəhadətnamə verilir".

Elnur Hidayətoğlu  əlavə olaraq qeyd edib ki, ölüm faktı Təcili və Təxirəsalınmaz Tibbi Yardım gələnədək ( yəni həkimə qədər) baş veribsə, ölümün səbəbi məlum deyilsə (şikayəti olmayıb, heç bir poliklinikaya müraciət etməyib, tibbi sənədləri yoxdur, ölüm qəfil baş verib) ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün məhkəməyə müraciət edilir.

Milli.Az


Etiketlər:  Necə edək ölüm kağızını problemsiz alaq


RƏYLƏR