Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2019 11:48
“France Football” nəşri bu ilin ən yaxşı gənc (yaşı 21-ə qədər olan) futbolçusu adına namizədləri açıqlayıb.
Qol.az xəbər verir ki, namizədlər siyahısında Joau Feliks ("Atletiko"), Ceydon Sanço ("Borussiya" Dortmund), Moyze Kin ("Everton"), Semyuel Çukvueze ("Vilyarreal"), Li Kan İn ("Valensiya"), Matteys de Liqt ("Yuventus"), Vinisius Junior (Real), Kay Haverts ("Bayer"), Matteo Qenduzi ("Arsenal") və Andrey Lunin ("Valyadolid") yer alıb.
Qeyd edək ki, qalibin adı dekabrın 2-i Parisdə keçiriləcək tədbirdə açıqlanacaq. Ötən il bu mükafatı PSJ-nin hücumçusu Kilian Mbappe qazanıb.