Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Biləcəridə sakinlər su üzünə həsrətdir - VİDEO

Biləcəridə sakinlər su üzünə həsrətdir - VİDEO

Tarix: 5 May 2023 19:56

Binəqədi rayonu, Biləcəri qəsəbəsi Mehdi Hüseynzadə küçəsində yaşayan sakinlər suya həsrət qalıblar.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, mart ayından onların evlərinə su gəlmir.

Çətin vəziyyətlə üz-üzə qalan sakinlər suyu maşınla almaq məcburiyyətində qalıblar.

"Bu da onları əlavə xərcə salır."

Susuz qalan sakinlər problemin həll olunması üçün onların yaşadığı əraziyə yeni xəttin çəkilməsini sitəyirlər.

"Xəzər Xəbər" problemlə bağlı ''Azərsu'' ASC ilə əlaqə saxlayıb."

Qurumdan bildirilib ki, mövcud vəziyyət magistral su xəttində təzyiqin az olması ilə bağlıdır. Problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Biləcəridə sakinlər üzünə həsrətdir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ