Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da məktəblilərə bel çantası qadağan edildi - SƏBƏB

ABŞ-da məktəblilərə bel çantası qadağan edildi - SƏBƏB

Tarix: 6 May 2023 07:42

ABŞ-də məktəblərdə tez-tez baş verən hücumlara qarşı yeni tədbirlər görülür. Miçiqan ştatında bu mənada maraqlı qərara imza atılıb. Belə ki, Flint Dövlət Məktəbləri regionunda şagirdlərə bel çantalarından istifadə etmək qadağan olunub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bununla bağlı valideynlərə məktub göndərilib və bel çantası gətiriləcəyi təqdirdə (hətta şəffaf olsa belə) təhsil müəssisəsinin girişində məktəblilərdən alınacağı bildirilib. Uşaqların şəxsi əşyalarına gəlincə isə, ancaq kiçik pul kisələri, paltarlar üçün plastik torbalar və nahar qutularına icazə veriləcəyi vurğulanıb. O da qeyd edilib ki, icazəli əşyaların özü də girişdə yoxlanacaq.

Xatırladaq ki, mart ayında Tennessi ştatında ibtidai məktəbə hücum olub, nəticədə üçü uşaq olmaqla altı nəfər öldürülüb. Bundan başqa elə həmin ay 17 yaşlı məktəbli Denverdə orta məktəbə basqın edərək iki nəfəri silahla yaralayıb.

Milli.Az


Etiketlər:  ABŞ məktəblilərə çantası qadağan edildi SƏBƏB


RƏYLƏR