Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda yol qəzasında yaralanan azyaşlı dünyasını dəyişib

Bakıda yol qəzasında yaralanan azyaşlı dünyasını dəyişib

Tarix: 22 Oktyabr 2019 12:33

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bir neçə gün əvvəl Bakıda qəzaya düşən azyaşlı dünyasını dəyişib.

Trend-in məlumatına görə, Nərimanov rayonunda ağır qəza keçirən 2009-cu il təvəllüdlü Babayev İlyas Əli oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib. O, qəzadan dərhal sonra 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Azyaşlı həkimlərin səyinə baxmayaraq, ötən gün ölüb.

Xatırladaq ki, oktyabr ayının 20-dən 21-nə keçən gecə Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib. İki avtomobilin toqquşması nəticəsində 10 yaşlı Babayev İlyas Əli oğlu xəsarət alıb. O, kəllə-beyin travması ilə reanimasiya şöbəsində müalicə alırdı.


Etiketlər:  Bakıda yol qəzasında yaralanan azyaşlı dünyasını dəyişib


RƏYLƏR