Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2023 15:26
Rusiyanın "Vaqner" muzdlu hərbi təşkilatı mayın 10-da gecə yarısı Ukraynanın Donetsk vilayətindəki Baxmut şəhərində tutduğu mövqeləri "Axmat" xüsusi təyinatlılarına təhvil verəcək.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə "Vaqner"in rəhbəri Yevgeni Priqojin deyib.
O bildirib ki, bundan sonra "vaqner"çilər şəhərdən çıxacaqlar.
Məlumata görə, bu barədə təklif Çeçenistan rəhbəri Ramzan Kadırovdan gəlib.
Qeyd edək ki, "Vaqner"in rəhbəri Yevgeni Priqojin qoşunların mayın 10-da Baxmutdan çıxacağını açıqlayıb.
Xatırladaq ki, Ukraynanın bu şəhərində 7 aydan çoxdur gərgin döyüşlər gedir.