Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rəbbimdən ömür yox, möhlət istəyirəm''

''Rəbbimdən ömür yox, möhlət istəyirəm''

Tarix: 7 May 2023 13:50

"Dostu olanlara, əsas da bizim sənət nümayəndələrinə demək istəyirəm ki, ömür çox qısadır. Hər gün bir hadisə baş verir. Ona görə də mehriban olaq".

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Həmin Zaur" verilişində deyib. Sənətçi övladlarına görə Allahdan möhlət istədiyini bildirib:

"Hamı üçün bunu arzulayıram. Bilmək olmur, bu gün burada, sabah haradasan. Həmişə Rəbbimə deyirəm ki, mənə övladlarıma görə möhlət ver, ömür istəmirəm. Uşaqlarımı bir yerə çatdırmaq üçün möhlət arzulayıram".

Qeyd edək ki, sənətçinin bir qız və bir oğul övladı var.


Etiketlər:  Rəbbimdən ömür möhlət istəyirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ