Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda daha bir marşrut kart sisteminə keçib - FOTO

Bakıda daha bir marşrut kart sisteminə keçib - FOTO

Tarix: 8 May 2023 08:58

Artıq bu gündən 50 nömrəli müntəzəm marşrut üzrə ("Neftçilər" metro stansiyası - Yeni Günəşli qəsəbəsini əlaqələndirən) avtobuslarda gediş haqqı nağdsız qaydada ödənilir.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Sonxeber.net-a verilən məlumata görə, bununla da sözügedən marşrutdan gündəlik istifadə edən 10 minə yaxın sərnişinin rahat gediş-gəlişi təmin edilib.

İş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək.

Bununla bağlı əvvəlcədən məlumat veriləcək.


Etiketlər:  Bakıda daha marşrut kart sisteminə keçib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ