Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Keti Perrinin tacqoyma mərasimindəki hərəkətləri tənqid olundu

Keti Perrinin tacqoyma mərasimindəki hərəkətləri tənqid olundu

Tarix: 8 May 2023 17:10

Məşhur müğənni Keti Perrinin Kral III Çarlzın tacqoyma mərasimindəki hərəkətləri tənqid edilib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, onun hərəkətləri britaniyalıları təəccübləndirib. İlk növbədə Keti  Böyük Britaniyanın Baş naziri olmuş Vinston Çörçillin xatirəsinə qoyulmuş daşının üzərində dayanıb. İfaçı isə bunu bilməməzlikdən yox, şəkil çəkdirmək üçün edib. Bu məkandan da narazı olan Keti ətrafındakılardan məsləhət almağa başlayıb. 

Bundan başqa, müğənni dayanmadan selfi çəkərək bütün diqqətləri yayındırıb. Mərasimi tərk edərkən o, az qala hündürdaban ayaqqabısı ilə yıxılacaqmış.

Perrinin Baş nazirin xatirə daşının üstünə çıxıb, selfi çəkməyə çalışması hörmətsizlik kimi qiymətləndirilib. Onun ünvanına ingilislər tənqidlər yazıblar. İkinci bir yanlış hərəkət isə onun kilsədə şəkil çəkməyə çalışması olub.

Qeyd edək ki, Keti III Çarlzın tacqoyma mərasimi münasibətilə keçirilən konsertdə çıxış edib. O, bir gün Vindzor qəsrində qalıb. 

Milli.Az


Etiketlər:  Keti Perrinin tacqoyma mərasimindəki hərəkətləri tənqid olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ