Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kimlər övladlığa uşaq götürə bilər? - Yeni qaydalar

Kimlər övladlığa uşaq götürə bilər? - Yeni qaydalar

Tarix: 22 Oktyabr 2019 14:04

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda övladlığa uşaq götürməklə bağlı yeni qaydalar tətbiq ediləcək.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Belə ki, dəyişikliyə əsasən, övladlığa uşaq götürmək üçün 55 yaşadək olan şəxslərə üstünlük veriləcək. Belə ki, övladlığa uşaq götürmək üçün azı 3 il nikahda olan, yaşı 35-dən yuxarı ər-arvada, 1 il müddətinə nikahda olan Azərbaycan vətəndaşlarına və azı 5 il müddətində nikahda olan əcnəbilər və vətəndaşlığı olmayan, yuxarı yaş həddi 55-dək olan şəxslərə üstünlük veriləcək.

Digər dəyişikliyə əsasən, 25 yaşdan aşağı şəxslərin övladlığa uşaq götürməsinə icazə verilməyəcək. Belə ki, ögey ata (ögey ana), habelə yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərin bacıları, qardaşları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olan şəxslərdən biri (ər-arvad) üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün 30 olması təklif edilir.

Dəyişikliklər səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Kimlər övladlığa uşaq götürə bilər Yeni qaydalar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ