Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əkizlərə dəstək olduğu üçün tənqid edildi

Əkizlərə dəstək olduğu üçün tənqid edildi

Tarix: 9 May 2023 11:25

Xəbər verdiyimiz kimi, Azərbaycanı "Avroviziya 2023"də təmsil edən Tural və Turan Bağmanov qardaşlarının ötən gün müsabiqənin açılış mərasimindəki tərzi müzakirələrə səbəb olub. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, saç düzümü, makiyajı və geyimlərinə görə tənqid olunan əkizlərə müğənni Nadir Qafarzadə dəstək olub.

Sənətçi sosial şəbəkədə onların fotosunu paylaşaraq "Sizə uğurlar. Əgər haqqınızda danışırlarsa, demək ki, artıq ulduzsunuz. İncəsənət qurban tələb edir" sözlərini yazıb.

Müğənninin əkizləri dəstəkləməsiilə bağlı paylaşımı izləyiciləri tərəfindən tənqid olunub.

Qeyd edək ki, Turan və Turalın qalmaqallı görünüşü üzərində Fuad Hacıyev və Niko Lab çalışıb. Geyimin müəllifi isə dizayner Aysel Sadıqovadır. 

Milli.Az


Etiketlər:  Əkizlərə dəstək olduğu üçün tənqid edildi


RƏYLƏR