Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müharibədə Ukraynanın 9 minə yaxın mülki vətəndaşı həlak olub - BMT

Müharibədə Ukraynanın 9 minə yaxın mülki vətəndaşı həlak olub - BMT

Tarix: 9 May 2023 12:10

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığı 24 fevral 2022-ci il tarixində Rusiyanın hücumunun başlamasından bu günə kimi Ukraynada ölən mülki vətəndaşların sayını açıqlayıb. Məlumata görə, Ukraynada müharibə zamanı 9 minə yaxın mülki şəxs həlak olub.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə təşkilatın İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb.

Qeyd edilir ki, hərbi əməliyyatlar zamanı 8 791 nəfər ölüb, 14 815 nəfər yaralanıb.

İnsanların çoxu geniş miqyaslı məhvedici partlayıcı silahların istifadəsi səbəbindən zərər çəkib. BMT-dən bildirilib ki, real rəqəmlər daha çox ola bilər. Mariupol, İzyum, Lisiçansk, Popasnaya, Severodonetsk kimi gərgin döyüşlərin getdiyi bölgələrdə ölən və yaralananlar barədə məlumat gecikdirilir.


Etiketlər:  Müharibədə Ukraynanın minə yaxın mülki vətəndaşı həlak olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ