Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2023 17:24
Ukrayna ordusunun keçirdiyi əməliyyat nəticəsində Rusiyanın 72-ci briqadasının 6 və 8-ci, eyni zamanda kəşfiyyat bölüyü tamamilə məhv edilib, əsir götürülənlər var.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bununla bağlı "Azov" alayının komandiri Andrey Biletski məlumat yayıb.
Məlumatda hücumun 3 km enində və 2,6 km dərinlikdə həyata keçirildiyi bildirilib.
72-ci briqada keçirilən ağır itkilərdən sonra geri çəkilməyə məcbur olub. Ukrayna Teleqram kanallarında alayın məhv edilən əsgərlərinin görüntüsü paylaşılıb.