Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu, Putinə terror hücumu idi - Peskov

Bu, Putinə terror hücumu idi - Peskov

Tarix: 11 May 2023 08:46

Kremlə pilotsuz uçuş aparatları ilə hücum terakt cəhdidir, Ukrayna özünü terrorun sponsorları sırasına daxil edib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.

"Biz Kremlə iki dronla hücum cəhdi olduğunu həqiqətən də gördük. Burada prezidentin iqamətgahı yerləşir və faktiki olaraq biz buna Rusiya dövlət başçısına terror hücumu cəhdi kimi baxa bilərik. Bu, çox narahatedici və qəbuledilməzdir", - deyə Peskov Serbiya telekanalına müsahibəsində deyib.

Qeyd edək ki, 3 mayda Kremlə dron hücumu cəhdi baş vermişdi.


Etiketlər:  Putinə terror hücumu Peskov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ