Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2019 16:57
Bakı. Trend:
Sabirabadda oğurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan şəhərində Regional qrupundan Trend-ə verilən məlumata görə, Sabirabad rayonu Zalqarağac kənd sakini olan bir qadın DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə zəng edərək ona məxsus fərdi yaşayış evindən pulunun oğurlandığı barədə məlumat verib.
Sabirabad Rayon Polis Şöbəsi Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini İsmayıl Azayev saxlanılıb. Dindirilmə zamanı İ.Azayev evdən 2200 manat pulu oğurladığını etiraf edib və həmin pullar ondan maddi sübut kimi götürülüb.
Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin