Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Muharrem İncenin partiyası kollektiv şəkildə istefa verdi

Muharrem İncenin partiyası kollektiv şəkildə istefa verdi

Tarix: 15 May 2023 07:46

Türkiyədə səsvermə prosesi bitdikdən sonra səslərin sayılması davam edərkən, Məmləkət Partiyası Sinop vilayət Təşkilatı kollektiv şəkildə istefa verib.

Belə ki, partiyanın ilk əvvəl 1-ci millət vəkili namizədi Həsən Çorum, daha sonra isə partiyanın vilayət sədri Serdar Başağaoğlu istefa verdiyini açıqlayıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Başağaoğlu bu qərarı Muharrem İncenin istefasından sonra verdiyini bildirib.

"Hadisələr nəticəsində gördüyüm zərurətlə təyin olunduğum Sinop vilayət Başçılığından istefa verdiyimi bildirmək istəyirəm. Ümid edirəm ki, seçkilərin nəticələri xalqımız və gözəl Sinopumuz üçün faydalı olacaq", - deyə o bildirib.

Həsən Çorum isə Muharrem İncenin seçkiləri, təşkilatlarını və millət vəkili namizədlərini yarı yolda qoyduğunu söyləyərək istefa verdiyini açıqlayıb.

Bundan sonra vilayət təşkilatından kütləvi istefa bəyanatı verilib.

Bildirilib ki, Muharrem İncenin seçkiyə 3 gün qalmış istefa verməsi partiya daxilində böyük dağıntılara səbəb olub, bu səbəbdən kollektiv şəkildə istefa qərarı alıblar:

"Bizi arxadan vuran heç kimlə bir dəqiqə də eyni dam altında olmamaq üçün vilayət təşkilatları və rayon rəhbərləri olaraq haqlarımızı halal etməyətək istefa etdiyimizi ictimaiyyətə hörmətlə bildiririk".


Etiketlər:  Muharrem İncenin partiyası kollektiv şəkildə istefa verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ