Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pilotsuz uçuş aparatı Londonda həyəcanlı anlara səbəb oldu: Aeroport bağlandı

Pilotsuz uçuş aparatı Londonda həyəcanlı anlara səbəb oldu: Aeroport bağlandı

Tarix: 15 May 2023 11:26

Londonun (İngiltərə) "Gatwick" hava limanının işi aeroportun yaxınlığında şübhəli pilotsuz uçuş aparatının aşkarlanmasından sonra dayandırılıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ilkin məlumata görə, 10-dan çox reys təxirə salınıb. Həmçinin 12 təyyarə başqa hava limanlarına yönləndirilib.

Aeroportda iş təxminən 50 dəqiqə dayandırılıb.

Son məlumatlara görə, artıq araşdırmalar yekunlaşıb, hava limanı yenidən açılıb.

Lakin sərnişinlərə kompensasiya ödənilməyib.

Milli.Az


Etiketlər:  Pilotsuz uçuş aparatı Londonda həyəcanlı anlara səbəb oldu Aeroport bağlandı


RƏYLƏR