Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2023 12:00
Baxmut istiqamətində Rusiya qoşunlarının hücum potensialı əhəmiyyətli dərəcədə azalıb.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Azov" alayının keçmiş rəhbəri Maksim Jorin deyib.
"Nə "Vaqner" özəl hərbi şirkətində, nə də Rusiyanın nizami ordusunda mərmi qıtlığı var. Baxmutda müxtəlif kalibrli Rusiya artilleriyası gecə-gündüz işləyir. Vaqnerçilərin hücum potensialında azalma var - hər gün çox sayda insan ölür. Ancaq bu, onlar üçün heç bir şey ifadə etmir: insanlar Rusiya üçün lazımsızdır, sursat, silah və ya başqa bir şeydən daha çox narahatdırlar", - Jorin bildirib.