Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2023 13:30
Biləsuvarda kütləvi dava olub.
Rayon sakinləri - 33 yaşlı M. Şükürov, 26 yaşlı E. Şükürov, 45 yaşlı S. Mirzəyev və 22 yaşlı Z. Mirzəyeva döyülərək, müxtəlif bədən xəsarətləri alıblar. Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisənin təfərrüatları məlum deyil.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-ya bildirilib ki, faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xəsarət alan Z.Mirzəyevanın 8 həftəlik hamilə olduğu deyilir.