Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə müxalifətində kütləvi istefalar baş verir

Türkiyə müxalifətində kütləvi istefalar baş verir

Tarix: 15 May 2023 13:46

Türkiyənin müxalif partiyalarında kütləvi istefalar baş verir.

Sonxeber.net-ın TurkicWorld-a istinadən məlumatına görə, Türkiyənin Memleket Partiyasının Sinop vilayəti təşkilatı kollektiv olaraq istefa verib. İlk olaraq Memleket Partiyasının Sinop birinci Çorum Millət vəkili Namizədi Həsən Çorum, daha sonra vilayət başçısı Serdar Başağaoğlu istefa etdiyini açıqlayıb. Daha sonra isə əyalət təşkilatından kollektiv istefa bəyanatı verilib.

Memleket Partiyasının millət vəkilləri namizədləri seçkilərə üç gün qalmış Partiyanın sədri Muharrem İncenin prezidentliyə namizədliyini geri götürməsinin partiya daxilində böyük dağıntılara səbəb olduğunu bildiriblər.

Xatırladaq ki, Türkiyənin Memleket Partiyasının sədri Muharrem İncə mayın 11-də CHP və terror təşkilatlarının onun haqqında şantaj xarakterli görüntüləri yayması səbəbilə prezident namizədliyindən geri çəkidiyini açıqlayıb.

Memleket Partiyasında kütləvi istefalar 13 may tarixində başlayıb. İstefa edən üzvlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və Ədalət və İnkişaf Partiyasını (AK Parti) dəstəkləyəcəklərini açıqlayıb.


Etiketlər:  Türkiyə müxalifətində kütləvi istefalar baş verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ