Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı-Ankara təyyarəsi Tbilisi hava limanına məcburi eniş edib

Bakı-Ankara təyyarəsi Tbilisi hava limanına məcburi eniş edib

Tarix: 15 May 2023 14:14

AZAL QSC-nin tərkibinə daxil olan "Buta Airways" aviaşirkətinin J2-9003 nömrəli Bakı-Ankara reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi Beynəlxalq Aeroportunda eniş edib.

Bu barədə Milli.Az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, buna təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi səbəb olub.

Təyyarə yerli vaxtı ilə saat 12:23-də Tbilisi hava limanına uğurla eniş edib.

Sərnişinə tibbi yardım göstərildikdən sonra təyyarə Ankaraya yola düşəcək.

Milli.Az


Etiketlər:  Bakı Ankara təyyarəsi Tbilisi hava limanına məcburi eniş edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ