Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dueyn Conson “Forsaj”a görə verdiyi sözü geri götürdü - FOTO

Dueyn Conson “Forsaj”a görə verdiyi sözü geri götürdü - FOTO

Tarix: 15 May 2023 19:12

Məşhur aktyor Dueyn Conson "Forsaj -10" filmində xüsusi agent Luk Hobbs rolunu təkrar canlandıracaq. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bildirilir ki, Conson titrlərdən sonrakı səhnədə görünəcək.

Həmçinin, aktyorun özü "Moviemaniacs"a verdiyi müsahibədə qayıdışla bağlı məlumatı təsdiqləyib. 

"Bu, həmişə planın bir hissəsi olub. Çünki ümumi mənzərəyə baxsanız, Hobbs və Dominik arasında yarımçıq iş var idi", - deyə Conson bildirib.

Qeyd edək ki, aktyor daha əvvəl Vin Dizelin xahişlərinə baxmayaraq, franşizaya qayıtmayacağına zəmanət vermişdi.

Conson "Forsaj-8"-ə çəkildikdən sonra həmkarlarından birini qeyri-peşəkarlıqda və "kişiyə yaraşmayan hərəkətdə" ittiham edib.

KİV-də söhbətin Vin Dizeldən getdiyi ehtimalı yer almışdı.

Milli.Az


Etiketlər:  Dueyn Conson Forsaja görə verdiyi sözü geri götürdü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ