Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hind okeanında Çin gəmisi batdı - 39 nəfər itkin düşüb

Hind okeanında Çin gəmisi batdı - 39 nəfər itkin düşüb

Tarix: 17 May 2023 09:22

Çinə məxsus balıqçı gəmisi Hind okeanında batıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Nəticədə 39 ekipaj üzvü ilə əlaqə itib.

Gəmidə 17 Çin, 17 İndoneziya və 5 Filippin vətəndaşı olub. Telekanaldan verilən məlumata görə, onların hamısı itkin düşənlər siyahısındadır, axtarış-xilasetmə işləri davam etdirilir.

Hadisədən sonra Çin rəhbəri Si Cinpin qəza yerinə əlavə xilasedici qüvvələrin göndərilməsi və beynəlxalq axtarış-xilasetmə işlərinin əlaqələndirilməsi barədə göstəriş verib.

Milli.Az


Etiketlər:  Hind okeanında Çin gəmisi batdı 39 nəfər itkin düşüb


RƏYLƏR