Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2023 15:10
Ankara-Sivas yüksək sürətli qatarının bilet qiymətləri açıqlanıb.
Sonxeber.net TurkicWorld-a istinadən xəbər verir ki, 1 iyun 2023-cü il tarixindən yüksək sürətli qatar xəttinin biletlərinin qiyməti 240 lirə olacaq.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan may ayının sonuna qədər qatar xəttinin pulsuz istifadəyə veriləcəyini bildirmişdi.
Xatırladaq ki, 2009-cu ildə Ankara-Eskişehir xəttinin istifadəyə verilməsi ilə Türkiyə yüksək sürətli qatar texnologiyası ilə tanış olub. Daha sonra bu xəttin ardınca 2011-ci ildə Ankara-Konya, 2013-cü ildə Əskişəhər-Konya, 2014-cü ildə Ankara-İstanbul və Konya-İstanbul xətləri istifadəyə verilib. Nəhayət, 2022-ci ilin yanvar ayında Konya-Karaman xətti istifadəyə verilib.
Ankara-Sivas Yüksək Sürətli qatar xəttinin tikintisinə 2007-ci ildə başlanılıb. Dəmir yolu xəttinin uzunluğu 393 kilometrdir. Qatar xətti aprelin 26-da istifadəyə verilib.