Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Arsenal'' qapıçısı ilə müqaviləni yeniləyib

''Arsenal'' qapıçısı ilə müqaviləni yeniləyib

Tarix: 19 May 2023 08:24

Londonun "Arsenal" klubu qapıçısı Aaron Ramsdeyllə yeni müqavilə imzalayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb. 25 yaşlı qapıçı ilə müqavilənin müddəti 2027-ci ilə qədər uzadılıb.

Yeni müqaviləyə əsasən, ingilis qapıçı əvvəlkindən iki dəfə çox - həftəyə 120 min funt sterlinq alacaq.

Qeyd edək ki, Ramsdeyl cari mövsüm "Arsenal"ın heyətində 36 oyuna çıxıb, 15 matçda qapısını toxunulmaz saxlayıb.

Milli.Az


Etiketlər:  Arsenal qapıçısı ilə müqaviləni yeniləyib


RƏYLƏR