Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazilədən Fatiməyə cavab: ''Səni ələ salırlar''

Nazilədən Fatiməyə cavab: ''Səni ələ salırlar''

Tarix: 19 May 2023 10:45

"Həyatımızda elə insanlar var ki, onları tanımağıma peşmanam".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Rəqqasə Fatimə Fətəliyeva "Səhər mərkəzi" verilişinə müsahibəsində deyib. O, hazırda məhkəməlik olduğu şairə Nazilə Səfərlini də tanımağa peşman olduğunu bildirib:

"Kaş ki, o insanları tanımazdım. Şou-biznesdə o qədər elələri var ki... Bu gün işim haradadır? Məhkəmədə! Nazilə Səfərlini tanımağıma peşmanam". 

Şair Nazilə Səfərli isə Fatimə Fətəliyevaya cavab olaraq sosial şəbəkədə bunları yazıb:

"Nazilə Səfərlini tanımağa peşmanam demək əvəzinə, darda qalanda məni vəziyyətdən çıxarana, nə az nə çox 4 dəfə pislik etdiyim, səbrini daşırdığım, öz adımı ona qoymağa çalışdığım insanı məhkəmə həddinə çatdırdığıma peşmanam de, canın qurtarsın. Vəkili neçəyə tutmusan? Kimə danışmısansa, gəlib səni ələ salırlar, yazıq".


Etiketlər:  Nazilədən Fatiməyə cavab Səni ələ salırlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ