Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2023 13:16
2023-cü ilin aprel ayında Türkiyənin İzmir şəhərində yerləşən Adnan Menderes Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 17 faiz artaraq, 2 milyon 777 min 462 nəfər olub.
Sonxeber.net TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən məlumata görə, aprel ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 12 faiz artaraq 2 milyon 48 min 717 nəfər, beynəlxalq reyslər üzrə isə 32 faiz artaraq 728 min 745 nəfər təşkil edib.
Bu ilin aprel ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq 35 min 339 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin aprel ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq, 22 min 655 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 16 faiz artaraq, 12 min 684 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2023-cü ilin aprel ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 19 min 539 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 13 faiz artaraq 14 min 285, beynəlxalq reyslər üzrə isə 12 faiz artaraq 5 min 254 olub.
2023-cü ilin aprel ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 54 milyon 604 min 362 nəfər, yük dövriyyəsi isə 1 milyon 122 min 266 ton təşkil edib.
Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.