Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Maksimum bal toplayan yeganə şagird bu yüksək vəzifəlinin qardaşı oğludur - FOTO

Maksimum bal toplayan yeganə şagird bu yüksək vəzifəlinin qardaşı oğludur - FOTO

Tarix: 19 May 2023 13:22

Xəbər verdiyimiz kimi, dünən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 30-da keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb. imtahanda 1 nəfər maksimum - 300 bal toplayıb. Yüksək nəticə göstərən şagird Naxçıvan Qarnizonunun tam orta məktəbində təhsil alan Məmmədli Məhəmməd Qurban oğludur.

Milli.Az Manset.az-a istinadən bildirir ki, Məhəmməd Məmmədli Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin sədri Hüseyn Məmmmədovun qardaşı oğludur. Onun ailəsi Naxçıvanda kirayə yaşayır. Yüksək nəticə göstərən məktəblinin atası Qurban Məmmədovun  iki ali təhsili var, hazırda mühəndis vəzifəsində çalışır. Onun anası da ali təhsillidir, hazırda evdar xanımdır.

Milli.Az


Etiketlər:  Maksimum bal toplayan yeganə şagird bu yüksək vəzifəlinin qardaşı oğludur FOTO


RƏYLƏR