Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2023 15:22
Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu prezident və parlament seçkilərinin ilk turunda hazırlanan təxribat haqqında danışıb.
Sonxeber.net TurkicWorld-a istinadən xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında bildirib.
"Həmin gecə ilə bağlı bütün hesabatlar əlimizdədir. 14 may tarixində Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) və prezident Rəcəb Tayyib Ərdoğanın qalib gələcəyi halda təxribatlar törədilməsi üçün terror təşkilatları öncədən təlimat verib", - deyə S.Soylu əlavə edib.
Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkilərinin ilk turu mayın 14-də keçirilib.
Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,5%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.
Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.