Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Basketbol Liqasında bürünc medalların sahibi bəlli olub

Azərbaycan Basketbol Liqasında bürünc medalların sahibi bəlli olub

Tarix: 19 May 2023 22:24

Azərbaycan Basketbol Liqasında bürünc medalların sahibi bəlli olub.

Misli.Az xəbər verir ki, 3-cü yer uğrunda oyunda "AAAF Xırdalan"ı məğlub edən NTD mükafata yiyələnib.

"Sərhədçi" İdman Mərkəzində keçirilən qarşılaşmaya üstün başlayan NTD basketbolçuları yekunda 100:79 hesablı qələbəyə seviniblər.

Ən məhsuldar basketbolçular qalib komandadan Londel Kinq (40 xal, 16 ribaund), məğlub tərəfdən isə Deymon Makdouel (36 xal, 5 ribaund) olublar.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının final oyunu "Sabah" və "Gəncə" klubları arasında olacaq.

Milli.Az


Etiketlər:  Azərbaycan Basketbol Liqasında bürünc medalların sahibi bəlli olub


RƏYLƏR