Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Formula 1" üzrə Fransa Qran-prisi təqvimə qayıdır

Tarix: 19 May 2023 22:58

"Formula 1" üzrə Fransa Qran-prisi yenidən dünya çempionatının təqviminə qayıda bilər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin idman naziri Ameli Udea-Kastera "Eko" qəzetinə müsahibəsində deyib.

O bildirib ki, yarışın icraçı direktoru Stefano Domenikalinin bu fikirdə olması müsbət haldır: "Ona görə də yol xəritəsi üzərində işləyəcəyik. Düzgün insanları bu işə cəlb etməliyik. Yaxşı layihə hazırlamaq və "Formula 1" rəhbərliyi ilə dialoqa başlamaq üçün heç bir çatışmazlıq yoxdur. Bu, həqiqətən də əla fürsətdir, istifadə etmək üçün əlinizdən gələni edəcəyik".

Yarışın Fransa mərhələsi 1950-2008-ci, həmçinin, 2018-2022-ci illərdə təşkil olunub. Ötən il başa çatan müqavilə uzadılmayıb.

Milli.Az


Etiketlər:  Formula 1 üzrə Fransa Qran prisi təqvimə qayıdır


RƏYLƏR