Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlham Əliyevə Müstəqillik Günü münasibətilə məktublar gəlməkdə davam edir

İlham Əliyevə Müstəqillik Günü münasibətilə məktublar gəlməkdə davam edir

Tarix: 20 May 2023 13:48

İndoneziya Respublikasının Prezidenti Coko Vidodo 28 May - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə məktub göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Mayın 28-də qeyd olunan Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını İndoneziya Respublikası adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Ümidvaram ki, xalqlarımız arasındakı mövcud dostluq əlaqələri daim inkişaf edərək müvafiq regionlarımızda sülhün və firavanlığın təşviqinə töhfə verəcəkdir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd vələd əş-Şeyx əl-Ğəzvani 28 May - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, dost Azərbaycan xalqına daha çox tərəqqi və firavanlıq arzulayıram.

Dost xalqlarımızın mənafeyi naminə ölkələrimiz arasında mövcud əməkdaşlıq əlaqələrini gücləndirmək və inkişaf etdirmək üçün səylərimizi davam etdirməkdə maraqlı olduğumuzu Zati-alinizə bir daha ifadə edirəm.

Zati-aliləri, əziz qardaşım, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

İraq Respublikasının Baş naziri Məhəmməd Şiya əs-Sudani Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə şəxsən öz adımdan, İraq Respublikasının hökuməti və xalqı adından Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Fürsətdən istifadə edib dost ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq əlaqələrinin dərinliyini ifadə edərək, Azərbaycan hökumətinə və xalqına firavanlıq və tərəqqi diləyirəm".

XXX

"VTB Bank" Publik Səhmdar Cəmiyyətinin prezidenti - İdarə Heyətinin sədri Andrey Kostin

Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"VTB Bank"ın İdarə Heyəti, kollektivi adından və şəxsən öz adımdan milli bayramınız - Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Bu gün Sizin rəhbərliyinizlə Azərbaycan beynəlxalq nüfuzunu gücləndirərək hərtərəfli inkişaf yolunda inamla addımlayır. Rusiyada şəxsən Sizin ölkələrimiz arasında müttəfiqlik qarşılıqlı fəaliyyətinin daha da genişlənməsinə yönəlmiş böyük səylərinizi yüksək qiymətləndirirlər. Sizin ortaq tariximizin, insanlar, o cümlədən sahibkarlıq icmaları arasında yaranmış mehriban qonşuluq, dostluq əlaqələrinin qorunub saxlanılmasının vacibliyini yüksək dəyərləndirməyiniz iki ölkənin qarşılıqlı fəaliyyətinin möhkəmliyinin və strateji xarakterinin əyani təzahürləridir.

Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, möhkəm cansağlığı, Azərbaycan xalqına isə səadət, firavanlıq və əmin-amanlıq arzu edirəm".

Milli.Az


Etiketlər:  İlham Əliyevə Müstəqillik Günü münasibətilə məktublar gəlməkdə davam edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ