Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2023 00:35
"Toylara gedəndə özümlə çayımı aparıram. Çünki başıma gəlməyən qalmır".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Qədir Qızılsəs "Günaydın, Azərbaycan" verilişində deyib. İfaçı bildirib ki, getdiyi toylarda ona qarşı hər zaman xoşagəlməz hərəkətlər hazırlanır:
"Qısqanclıqdandır... Ehtiyat edirəm, başıma çox şey gəlib. Efirdə danışılacaq söhbətlər deyil. Dünyanın hansı yerinə gedirəm, toyda elə mənzərə ilə qarşılaşıram ki... Deyirəm, bu ölkədə də edirlər? Mən getməzdən əvvəl telefonla xəbər verirlər ki, Qədir gəlir, filan şey edin. Hətta bir dəfə məni zəhərləyiblər də".