Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Everestdə bədbəxt hadisə: Bir alpinist ölüb, ikisi itkin düşüb

Everestdə bədbəxt hadisə: Bir alpinist ölüb, ikisi itkin düşüb

Tarix: 22 May 2023 11:48

Avstraliyalı alpinist Ceyson Bernard Kennison Everest dağından enərkən ölüb. Onunla yanaşı adı açıqlanmayan daha iki alpinist itkin düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumatı ekspedisiyanın təşkilatçısı "Asian Trekking" şirkəti təsdiqləyib.

Bildirilib ki, hadisə "ölüm zonası" adlanan hissədə baş verib. Bu, səkkiz min metrdən yuxarı bir yerdə qayalı çıxıntıdır.

Qeyd edək ki, 40 yaşlı avstraliyalının ölümü bu yaz Everestdə onuncu olub.

Milli.Az


Etiketlər:  Everestdə bədbəxt hadisə Bir alpinist ölüb ikisi itkin düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ