Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kişilər nələri qısqanırlar?

Kişilər nələri qısqanırlar?

Tarix: 24 May 2023 01:06

Elə bilməyin ki, tək qadınlar qısqanclıqda peşəkarlaşıb. Əsla. Xanımlar qədər bəylər də sevdiklərini qısqanırlar. Bəlkə də onlar daha çox bu hissi yaşayırlar, sadəcə bəlli etməyi sevmirlər. 

Bəs kişilər ən çox nələri qısqanırlar?

Sonxeber.net olay-a istinadən "Esquire" saytına istinadən sizə bəylərin qısqanclığından yazır...

Bəzən kişilər qısqandıqlarını sözlərlə deyil, baxışları ilə büruzə verirlər. Bəziləri isə nə bir söz deyir, nə də bu hissi gözlərindən bəlli edir. Bir sözlə qısqansalar da, içlərində yaşayırlar. 

Məsələn, onlar sevdikləri xanıma başqa bir kişinin baxmağını istəməzlər. Əgər ətrafınızda yad bir bəy varsa, o, sizinlə daha çox maraqlanacaq, əlinizi tutacaq. Bu da sizi sahibləndiyini və qısqandığını göstərir.

Dostlarınızla görüşmək istədiyiniz bir vaxtda çox əsəbi olur? Cavabı hədirsə, deməli, sizi qısqanır. Kimlərlə hara gedəcəyinizi, neçədə evə qayıdacağınızı da soruşursa, bu duyğu konkretləşib. 

Bu ipucu artıq şablonlaşmış olsa da, reallıqdır. Geyimlərinizə qarışmaqları bir nömrəli qısqanclıq göstəricilərindəndir. Xüsusilə də qısa ətək və dekolteli paltarlar geyinməyinizi istəməyəcəklər. Onlara qulaq asmayıb geyinirsinizsə, küskünlükləri və əsəbləri günlərlə davam edə bilər. 

Qız-qıza da olsa, gecələr bir yerə getməyinizi istəməzlər. Başqa kişilərdən qısqanmaqları ilə yanaşı içki içmə ehtimalınız da onları özlərindən çıxara bilər.

Telefonda çox vaxt keçirməyiniz onları qıcıqlandırar. Çünki kiminlə mesajlaşdığınızla maraqlanarlar. Əsəbiləşməyə başlayarlar və bir bəhanə ilə telefonunuzu alıb, baxarlar. 

Dostunuz belə olsa, başqa bir kişinin zarafatına uzun-uzun gülməyiniz onu qısqandıra bilər. Yaxud da bir bəydən səmimi sözlərlə danışmağınız onu əsəbiləşdirəcəkdir. 

Sevirsinizsə, dözün, deməyəcəyik. Bu hallar sizi yorursa, ayrıla bilərsiz...


Etiketlər:  Kişilər nələri qısqanırlar


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ