Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin bu ərazilərində təbii qaz və neftin tapılma ehtimalı çox yüksəkdir - Fatih Dönməz

Türkiyənin bu ərazilərində təbii qaz və neftin tapılma ehtimalı çox yüksəkdir - Fatih Dönməz

Tarix: 24 May 2023 12:06

Türkiyədə yeni neft və qaz yataqları üçün 2023-cü ilin sonuna qədər kəşfiyyat xarakterli qazıntılar aparılacaq.

Sonxeber.net TurkicWorld-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Energetika və təbii sərvətlər naziri Fatih Dönməz jurnalistlərə açıqlamasında deyib.

Nazir Dönməz onu da qeyd edib ki, ilin sonuna qədər Ordu şəhərində təbii qaz, Rizə şəhərində isə neft tapılma ehtimalı çox yüksəkdir.

Qeyd edək ki, mayın 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Şırnak əyalətinin Cudi və Qabar rayonlarında yeni neft ehtiyatlarının aşkar edildiyini açıqlayıb.

Bundan əlavə, aprelin 19-da Türkiyənin Qaradəniz təbbi qazı Filyos Təbii Qaz Emalı Müəssisəsində uğurla sınaqdan keçirilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 20-də Qara dəniz qazının istismara verilməsi mərasimində təbii qazın əhaliyə 1 ay ərzində ödənişsiz veriləcəyini bildirib.


Etiketlər:  Türkiyənin ərazilərində təbii neftin tapılma ehtimalı çox yüksəkdir Fatih Dönməz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ