Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sabah Bakıda 33 dərəcə isti olacaq - PROQNOZ

Sabah Bakıda 33 dərəcə isti olacaq - PROQNOZ

Tarix: 24 May 2023 13:08

Mayın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sonxeber.net-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-30°, bəzi yerlərdə 33°-dək isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-17°, bəzi yerlərdə 20-24° isti olacaq.


Etiketlər:  Sabah Bakıda dərəcə isti olacaq PROQNOZ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ