Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu gün Azərbaycan cüdoçuları Avstriya Qran-Pri turnirində mübarizəyə başlayırlar

Bu gün Azərbaycan cüdoçuları Avstriya Qran-Pri turnirində mübarizəyə başlayırlar

Tarix: 25 May 2023 08:34

Bu gün Avstriyanın Linz şəhərində cüdo üzrə Qran-Pri turnirinə start veriləcək.

Milli.Az report-a istinadən xəbər verir ki, turnirin birinci günündə yeddi cüdoçumuz tatami üzərinə çıxacaq.

Nazir Talıbov mərakeşli Younes Saddiki, Əhməd Yusifov (hər ikisi 60 kq) Dilan Munro (Böyük Britaniya), Kamran Süleymanov (66 kq) Cason Patrik Zakko (Mərkəzi Afrika Respublikası), Leyla Əliyeva Sloveniya cüdoçusu Marusa Stanqar, Şəfəq Həmidova (hər ikisi 48 kq) serbiyalı Nevena Miliç, Gültac Məmmədəliyeva (52 kq) Karina Klaus-Sternvieser (Avstriya) - Erza Muminoviq (Kosova) görüşünün qalibi, Fidan Əlizadə (57 kq) isə Mariya Ruiz Muro (İspaniya) ilə qarşılaşacaq.

Mayın 27-dək davam edəcək turnirdə 72 ölkədən 450-dən artıq cüdoçu tatami üzərinə çıxacaq.

Milli.Az


Etiketlər:  Bu gün Azərbaycan cüdoçuları Avstriya Qran Pri turnirində mübarizəyə başlayırlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ