Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2023 13:54
Naxçıvan Muxtar Rüspublikasının Culfa Rayon Dövlət Yol Polisi İdarəsinin (DYPİ) rəisi vəzifəsindən azad edilib.
Bu barədə Sonxeber.net-a Naxçıvan Muxtar Rüspublikasının Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, Culfa rayon DYPİ-nin rəisi, polis mayoru Davud İmanov daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
"Onun yerinə hələlik təyinat yoxdur", - nazirlikdən bildirilib.