Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hər kəs nişanlı bilirdi, evləniblərmiş.... - FOTO

Hər kəs nişanlı bilirdi, evləniblərmiş.... - FOTO

Tarix: 25 May 2023 19:00

Dünyanı Azərbaycan musiqiləri ilə gəzən cütlük kimi tanınan Röya və Rizvan haqda maraqlı fakt ortaya çıxıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, indiyədək xeyli insanın nişanlı bildiyi sənətçilərin evləndiyi məlum olub. Cütlük 9 il sevgili qaldıqdan sonra 2018-ci ildə gizli şəkildə ailə qurub və ABŞ-yə köçüb.

Sonradan toy etməyi planlaşdıran Röyayla Rizvan pandemiya dönəminə təsadüf etdiyi üçün mərasimi ertələyib, karantin günləri uzanandan sonra isə bu istəklərindən vaz keçiblər.

Ötən günlərdə "Gül kimi şou" verilişində qonaq olan Rizvanın Röyaya "həyat yoldaşım", - deyə, xitab etməsi də iddiaları təsdiqləyib.

Veriliş zamanı onlar Amerikada necə pul qazanmaqları barədə də danışıblar. Aparıcı Cavid Gülün "Oralarda necə dolanırsınız, biznesiniz var, yoxsa oxumaqla qazanırsınız" - sualına "Amerikanı sevirik. Yaxşı yaşayırıq. Özümüzü orada rahat, sərbəst hiss edirik. Evdə kiçik studiya qurmuşuq. Öz işimizlə məşğuluq" sözləri ilə cavab veriblər.

"Amerikada toya gedirsiniz" sualına isə Rizvan "Olur. Ara-sıra dəvət edirlər. Ümumi götürsək, illər ərzində heç 10 dəfə getməmişik. 3-4 dəfə getmişik", - deyə, bildirib.

Qeyd edək ki, cütlük Bakıda da tez-tez səhnə alırlar. Onların 2000-ci illər konseptli konserti isə 17 iyunda baş tutacaq.

Milli.Az


Etiketlər:  Hər kəs nişanlı bilirdi evləniblərmiş FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ