Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ölümündən əvvəl ona aşiq olduğunu etiraf edibmiş

Ölümündən əvvəl ona aşiq olduğunu etiraf edibmiş

Tarix: 26 May 2023 11:00

Xəbər verdiyimiz kimi, rokun kraliçası adlandırılan dünyaca məşhur müğənni Tina Törner ötən gün vəfat edib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi ölümündən bir ay əvvəl "The Guardian" nəşrinə açıqlamasında "The Rolling Stones" qrupunun solisti Mik Caqqerə aşiq olduğunu etiraf edib:

"Onunla qastrol səfərləri xoşuma gəlirdi. Mik və mən heç vaxt sadəcə durub oxuya bilməzdik. Biz nəsə etməliydik. Caggerlə ən yaddaqalan çıxışım 1985-ci ildə Londondakı Uembli Stadionundakı konsertimizdə olub. "It's only rockn roll" mahnısını ifa edərkən mənə yuxarıdan aşağı baxdı. Qara rəngli dar dəri üst geyimi və ətək geyinmişdim. Onun nadinc bir fikri olduğunu anladım. Sual verdi ki, "Bu ətək çıxırmı? Onu çıxaracağam". Müzakirə etmək üçün çox gec idi, Mik artıq bunu etməyə qərar vermişdi".

Qeyd edək ki, Tina Turner musiqi karyerasını 2009-cu ildə başa vurub. İnsult keçirən sənətçi xərçəng xəstəliyindən də əziyyət çəkirdi.


Etiketlər:  Ölümündən əvvəl aşiq olduğunu etiraf edibmiş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ