Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İnternet istifadəçilərinə ŞAD XƏBƏR - 2024-cü ilin sonuna kimi...

İnternet istifadəçilərinə ŞAD XƏBƏR - 2024-cü ilin sonuna kimi...

Tarix: 27 May 2023 08:48

2024-cü ilin sonuna qədər minimum 25 mbit/s internet sürəti ilə bütün ölkəni əhatə edən genişzolaqlı şəbəkə qurulacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu günə qədər 1 milyondan artıq ev təsərrüfatı bu texnologiya əsasında sürətli və kəsintisiz fiber-optik internetlə təmin olunub.

"Aztelekom" MMC dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində həyata keçirilən "Onlayn Azərbaycan" layihəsinin əsas operatorudur. Layihə çərçivəsində GPON texnologiyası əsasında sürətli və kəsintisiz fiber-optik şəbəkənin qurulması həyata keçirilir. Layihənin əsas məqsədi dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində 2024-cü ilin sonuna qədər minimum 25 mbit/s internet sürəti ilə bütün ölkəni əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir. "Aztelekom" layihə çərçivəsində sürəti 100 mbit/s-dək internet xidməti təqdim edir.

Milli.Az


Etiketlər:  İnternet istifadəçilərinə ŞAD XƏBƏR 2024 ilin sonuna kimi


RƏYLƏR