Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tovuz sakini minaya düşdü

Tovuz sakini minaya düşdü

Tarix: 27 May 2023 09:18

Tovuzda mina partlayışı olub.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan Milli.Az-a bildirilib ki, hadisə bu gün səhər saatlarında rayonun Əlibəyli kəndində qeydə alınıb.

Belə ki, səhər saatlarında kənd sakini Abdulla Ələsgərovun minaya düşməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək A.Ələsgərovu xəstəxanaya çatdırıblar.

Onun sol ayağından xəsarət aldığı bildirilir. Hazırda xəstəxanada müalicəsi davam etdirilir.

Milli.Az


Etiketlər:  Tovuz sakini minaya düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ