Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2023 11:10
"PKK terror qruplaşması Türkiyədə prezident seçkilərinin keçiriləcəyi 28 may tarixində ölkədə xaos yaratmağa hazırlaşır".
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, hazırlıqlar Yunanıstandakı Lavrion düşərgəsində davam edir.
Bildirilib ki, düşərgədən göndərilən şifrəli əl yazısı ifşa olunub. Şifrəli mesajın "İnşaata başlayın" olduğu aşkarlanıb.
Xatırladaq ki, daha əvvəl Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirmişdi ki, Lavrion düşərgəsində təlim keçən terrorçular prezident seçkilərinin ilk turunda - mayın 14-də də ölkədə qarışıqlıq yaratmaq istəyiblər. Lakin bunun qarşısı alınıb.
Qeyd edək ki, Lavrion düşərgəsi son illər tamamilə PKK terror təşkilatının nəzarətinə keçib. Terrorçular müntəzəm olaraq orada təlim keçirlər.