Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2023 13:52
Milyarder İlon Maska məxsus "Neuralink" şirkəti insanlar üzərində beyinə çiplərin implantasiyası üçün klinik sınaqlar keçirmək icazəsini ala bilib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin "Twitter" səhifəsində məlumat verilib.
Bildirilir ki, müsbət qərardan sonra ABŞ Qida və Dərman Administrasiyası (FDA) klinik sınaqlar üçün könüllülərin axtarışına başlayır.
Xatırladaq ki, martın əvvəlində FDA "Neuralink"in neyroçipi insanlar üzərində sınaqdan keçirməsinə imtina edib.
2021-ci ilin aprelində "Neuralink" video oyunları oynayan çiplənmiş meymunun videosunu yayımlayıb. Mask iddia edir ki, onun texnologiyası görmə əngəlli və ya iflic olan insanlara məhdudiyyətsiz həyat yaşamağa imkan verəcək.