Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlham Əliyev Laçın rayonuna səfər edib - FOTO

İlham Əliyev Laçın rayonuna səfər edib - FOTO

Tarix: 27 May 2023 18:39

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonuna səfər edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı Laçın rayonunda "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq "Qorçu" yarımstansiyasının açılışında, Qorçu qəsəbəsinin və Şəlvə kəndinin təməlqoyma mərasimlərində iştirak edib, Laçın şəhərində Aqro və Sənaye Parkında aparılan işlərlə tanış olub.

Prezident İlham Əliyev, həmçinin 110/35/10 kv-luq "Laçın şəhər" yarımstansiyasının açılışında iştirak edib, Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub.

Milli.Az


Etiketlər:  İlham Əliyev Laçın rayonuna səfər edib FOTO


RƏYLƏR