Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Şamaxı” Azərbaycan Premyer Liqasını tərk etdi

“Şamaxı” Azərbaycan Premyer Liqasını tərk etdi

Tarix: 27 May 2023 22:36

Azərbaycan Premyer Liqasında 36-cı turun daha bir oyunu keçirilib. 

Milli.Az xəbər verir ki, elitada qalmaq uğrunda mübarizə aparan autsayderlər "Səbail"lə "Şamaxı" komandaları birincilərin meydanında üz-üzə gəliblər.

Matçın 45+1-ci dəqiqəsində rəqib müdafiəçinin səhvini bağışlamayan "Səbail"in argentinalı yarımmüdafiəçisi Franko Mazurek hesabı açıb. Bu, həm də oyunda vurulan yeganə qol olub. 90+2-ci dəqiqədə rəqibi başla vuran bakılıların oyunçusu Elmir Tağıyev meydandan qovulub.

"Səbail" son dəqiqələri azlıqda keçirməsinə baxmayaraq, 1:0 hesablı qələbə qazanaraq, mövsümü 29 xalla doqquzuncu pillədə başa vurub.

25 xalla axırıncı - 10-cu yeri tutan "Şamaxı" isə Premyer Liqanı tərk edib. AFFA idman prinsiplərini əsas götürsə, "Şamaxı" 2023/2024 mövsümünü I Divizionda, "Araz-Naxçıvan" isə elitada keçirəcək. Yalnız yüksək liqada komanda sayının 12-yə yüksəldilməsi qərarı veriləcəyi təqdirdə, "Şamaxı" çempionatdakı çıxışını davam etdirəcək.

Milli.Az


Etiketlər:  Şamaxı Azərbaycan Premyer Liqasını tərk etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ